teleradio proqramı

Əhalinin geniş təbəqəsi üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, canlı yayımlanan, yaxud əvvəlcədən lentə alınmış audio və audiovizual materialların (verilişlərin) məcmusu

telekommunikasiya vasitələri
teleradio proqramlarının (verilişlərinin) istehsalçısı
OBASTAN VİKİ
Teleradio Akademiyası
Teleradio Akademiyası — Azərbaycan Televiziyasının tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi. Məqsəd ali təhsil bazası əsasında müxtəlif peşələr üzrə peşəkar mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. 2010-cu il iyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının açılış mərasimi keçirilib. Teleradio Akademiyası Azərbaycan Radiosunun binasında yerləşir. Akademiyanın maddi-texniki bazası formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Tədris zamanı yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dən telemütəxəssislər dərs demək üçün akademiyaya dəvət edilir. Teleradio Akademiyasının ilk rektoru Etibar Babayev olmuşdur. Hazırkı rektoru isə Telli Pənahqızıdır.
Milli teleradio şurası
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Space Teleradio Şirkəti
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Teleradio İstehsalat Birliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İB-yi Respublikada radio-televiziya yayımını, Radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən yeganə dövlət müəssisəsidir. Hələ XX əsrin 20-ci illərində keçmiş Sovetlər Birliyində radiorabitə və radio yayımın tətbiqinə başlanılmış, 50-ci illərin ortasında televiziya yayım şəbəkəsinin özülü qoyulmuşdur. XX əsrin 80-cı illərin ortalarında bir neçə radio və televiziya proqramının Respublikanın 90-95% əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edilmişdir. 1988-ci ildən başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr Respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi və şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə Radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Amma, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxarırdı. Respublikada 1992-1993-cü illərdən başlayaraq Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqram AzTV 2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən Radio-TV yayımın inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı.
Antivirus proqramı
Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür: Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir.
Apollon Proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Ay proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Erasmus proqramı
Erasmus proqramı (ing. European Region Action Scheme for the Mobility of University Students) ― 1987-ci ildə yaradılmış tələbə mübadilə proqramıdır. Erasmus + və ya Erasmus Plus, 2014-cü ilin yanvar ayında başlanmış təhsil, təlim, gənclik və idman üçün bütün Avropa İttifaqının hazırkı sxemlərini birləşdirən yeni proqramdır.
Kompyuter proqramı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. == Proqram təminatının təsnifatı. == Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
Kompüter proqramı
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusu tərəfindən yerinə yetirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlaşdırılmış dillərinin köməyi ilə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. == Sistem proqramları == Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Quraşdırma proqramı
Quraşdırma proqramı (ing. installation program ~ ru. программа установки ~ tr. yükleme programı) – başqa bir proqramı verilənlər daşıyıcısına və ya kompüterin yaddaşına quraşdırmaq üçün nəzərdə tutulmuş proqram. Quraşdırma proqramı, adətən, heç də asan olmayan proqramın quraşdırılması prosesində və onu kompüterin, printerin və monitorun verilmiş konfiqurasiyasına “bağlamaqda” istifadəçiyə yardımçı olur. Tətbiqi proqramı əməliyyat sisteminin adi komandaları vasitəsilə kompüterə köçürməkdən qorumaq üçün də quraşdırma proqramından istifadə edilir; belə ki, quraşdırma proqramı quraşdırılan proqramın kopyalarının sayına nəzarət edir; kopyanı bir kompüterdən başqasına keçirmək üçün istifadəçi quraşdırılmış kopyanı silməli və onu elə həmin quraşdırma proqramının köməyi ilə başqa bir kompüterə quraşdırmalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reyncer proqramı
Reyncer proqramı- Amerika Birləşmiş Ştatlarının 1960-cı illərdəki pilotsuz kosmik uçuşlar seriyasından biri idi.Proqramın məqsədi Ayın səthinin iri planla təsvirlərini almaq idi.Reyncer kosmik aparatı zərbə nəticəsində məhv olana qədər ayın səthinin şəkillərini çəkmək və bu şəkillərin Yer Kürəsinə verilməsi üçün nəzərdə tutulmuşdu.İlk 6 uçuş uğursuz olsa da Reyncer 7 1964-cü il İyul ayında çəkdiyi şəkilləri uğurla Yerə göndərə bilmişdi
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Serveyer proqramı
Serveyer proqramı(ing. Surveyor program) — NASA tərəfindən 1966-cı ilin iyul ayından, 1968-ci ilin yanvar ayına qədər Ayın səthinə 7 kosmik robot göndərilməsindən ibarət missiyadır. Proqramın əsas məqsədi Ay səthinə təhlükəsiz eniş etməyin mümkünlüyünü göstərmək idi. Serveyer proqramı ümumi dəyəri rəsmi olaraq 469 milyon $ təşkil etmişdir. Serveyer 1 də daxil olmaqla 7 kosmik robotdan 5-i Ay səthinə təhlükəsiz eniş edə bildilər. Serveyer 2 və Serveyer 4 missiyaları isə uğursuz oldu. 7 kosmik robot hələ də Ay səthində qalmaqdadır. Serveyer proqramı çərçivəsində göndərilən kosmik robotlardan heç birinin Yerə qayıtması planlaşdırılmamışdı. Serveyer 3-ün bəzi hissələri Apollon 12 missiyasının ekipajı tərəfindən Yerə gətirilib. Bu zondun kamerası Milli Hava və Kosmik Muzeyində saxlanılır.
Troyan proqramı
Troyan proqramı — hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramı. Bu virusun ən özəl xüsusiyyəti, kompüter sistemini tədricən, amma mükəmməl şəkildə məhv etməsidir. Troyan proqramlarının adı "Troya atı" ifadəsindən yaranmışdır. Bu atın içərisində gizlənən əsgərlər rəqiblərinin arxasına keçmiş və Troya müharibəsinin taleyini həll etmişlər. Bu viruslar iki hissədən ibarətdir. Birinci hissə kompüterə yuklənir və ilkin komandanı alan kimi (məsələn şəklin açılması, hər hansı faylın açılması) ikinci hissə ilə əlaqəni gözləyir. Bəs edir ki, başqa kompüterdə olan ikinci hissə yoluxmuş komputerin IP (şəbəkəyə qoşulmuş hər bir kompüterin unikal identifikasiya ünvanı) ünvanını təyin etsin. Ünvan məlumdursa artıq yoluxmuş kompüter kiminsə nəzarətinə keçir – disk qurğuları özbaşına açılır, bağlanır, pəncərələr özbaşına işləyir, "yenilənmə" düyməsi kömək eləmir və sair.
Vikinq proqramı
Vikinq proqramı — NASA tərəfindən Marsa göndərilən "Vikinq 1" və "Vikinq 2" kosmik zondlarından ibarət missiyadır. Bu, nə vaxtsa Mars üçün nəzərdə tutulan ən bahalı missiya idi, ümumi dəyəri təxminən 1 milyard $ təşkil edirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Mars planetinin səthi haqqında əsas məlumatların əldə edilməsində əvəzsiz rolu olmuşdur. "Vikinq 1" 20 avqust 1975-ci ildə, "Vikinq 2" isə 9 sentyabr 1975-ci ildə Yerdən uçuşa başlayıblar. Təxminən 9 ay sonra, yəni 19 may 1976-cı ildə "Vikinq 1", 7 avqust 1976-cı ildə isə "Vikinq 2" Mars atmosferinə daxil olur. Nəhayət, "Vikinq 1" 20 iyul, "Vikinq 2" isə 3 sentyabr 1976-cı ildə Mars səthinə uğurlu eniş etdilər.
Vostok proqramı
"Vostok" — Yer kürəsi ətrafı orbitdə uçuşlar üçün nəzərdə tutulmuş "Vostok" seriyasından olan birpilotlu kosmik gəmilər üçün sovet kosmik proqramıdır. Onun sınaqdan keçirilməsi zamanı kosmonavt Yuri Alekseyeviç Qaqarin 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində kosmosa uçan ilk insan olmuşdur. 1957-ci ilin yazında Sergey Korolyov öz BKT çərçivəsində yerin ilk süni peyklərinin yaradılması üzrə işlərin aparılması üçün 9 saylı xüsusi şöbəni təşkil edir. Şöbənin başçısı Korolevin silahdaşı Mixail Klavdiyeviç Tixonravov seçilir. Tezliklə süni peyklərin yaradılması ilə yanaşı, şöbədə pilotlu peyk-gəminin yaradılması məsələsi üzrə tədqiqatlar aparılmağa başlandı. Raket daşıyıcı korolevski “R-7” olmalı idi. Hesablamalar göstərdi ki, o, üçüncü pillə ilə təhciz olunmaqla aşağı Yer kürəsi ətrafı orbitə 5 tona qədər yük apara bilər. Pilotlu gəminin yaradılması işləri atmosferdə eniş, etibarlı istilik müdafiəsi, yüksək səsli aerodinamika və s. kimi yeni sahələrin dərindən öyrənilməsini tələb edirdi.
Voyacer proqramı
Voyacer proqramı iki robotik Voyacer 1 və Voyacer 2 tədqiqat raketi ilə xarici Günəş sistemi ni öyrənmək üçün istifadə olunan Amerikanın hal hazırda davam edən elmi proqramıdır.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Artemida proqramı
Artemida proqramı (ing. Artemis program) — NASAnın 1972-ci il Apollon 17 proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqram. Proqramın üç mərhələdən ibarət olacağı nəzərdə tutulub: Birinci mərhələ ("Artemis 1") "Orion"un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir. İkinci mərhələ ("Artemis 2") göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur. Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.
Fulbrayt proqramı
Fulbrayt proqramı (ing. Fulbright Program), Fulbrayt — Heys proqramı da daxildir (ing. Fulbright–Hays Program) — 1946-cı ildə əsası qoyulmuş, keçmiş Arkanzas senatoru Ceyms Uilyam Fulbrayt tərəfindən irəli sürülən və Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, Birləşmiş Ştatlar və digər ölkələrin vətəndaşları arasında mədəni və akademik əlaqələri gücləndirmək üçün təhsil qrantı proqramıdır. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən ən böyük beynəlxalq təhsil mübadilə proqramı olan Fulbrayt Proqramı Birləşmiş Ştatlar və digər ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün yaradılmışdır. Bu məqsədə nail olmaq üçün Fulbrayt Proqramı öz elmi potensialı və liderliyi ilə seçilən 300 000-dən çox iştirakçıya digər ölkələrdəki siyasi, iqtisadi və mədəni təşkilatların işləri ilə tanış olmaq, fikir mübadiləsi aparmaq və dünya xalqlarının ümumi mənafeyi naminə birgə layihələrə başlamaq. Fulbrayt Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən idarə olunur. Proqramın başlanğıcından bəri 46,800 xarici alim ABŞ universitetlərində tədqiqat aparıb və ya dərs deyib və 45,200-dən çox ABŞ alimi xaricdə oxşar fəaliyyətlər həyata keçirib. Hər il Fulbrayt Proqramı digər ölkələrdən ABŞ-yə gələn alimlərə təxminən 800 qrant verir. Fulbrayt Proqramı hazırda dünyanın 155 ölkəsində fəaliyyət göstərir. Fulbrayt Proqramının əsas maliyyə mənbəyi ABŞ Konqresinin Dövlət Departamentinə ayırdığı illik vəsaitdir.
Dövlət Teleradio Verilişləri Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Dünya Qida Proqramı
Dünya Qida Proqramı (ing. World Food Programme (WFP)) — Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsidir. Bu qurum aclığın aradan qaldırılması və dünya qıda təhlükəsizliyini təmin edən ən böyük BMT təşkilatıdır. Təşkilatın əsası 1961-ci ildə qoyulmuş, baş ofisi Romada yerləşir və 80 ölkədə ofisləri var. 2019-cu ilə qədər 88 ölkədə 97 milyon insana xidmət göstərmişdir ki, bu da 2012-ci ildən bəri ən böyük göstəricidir və fəaliyyətinin üçdə ikisi münaqişə zonalarında həyata keçirilir. Təcili ərzaq yardımına əlavə olaraq, DQP fövqəladə hallara hazırlıq və cavab tədbirləri üçün şəraitin yaradılması, təchizat zəncirlərinin və logistikanın idarə edilməsi, sosial təhlükəsizlik proqramlarının təşviqi və iqlim dəyişikliyinə qarşı davamlılığın gücləndirilməsi kimi texniki yardım və inkişaf yardımı təklif edir. Agentlik eyni zamanda birbaşa nağd pul yardımı və tibbi ləvazimatların əsas təchizatçısıdır və humanitar işçilər üçün sərnişin xidmətləri göstərir. DQP-ı 17 Dayanıqlı İnkişaf Məqsədlərini yerinə yetirməyi qarşısına məqsəd qoyan və 2030-cu ilə qədər "sıfır aclıq" üçün SDG 2-yə nail olmaq üçün prioritet olan BMT qurumlarından ibarət konsorsium olan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Qrupunun icraçı üzvüdür. Dünya Qida Proqramı 2020-ci ildə münaqişə bölgələrinə ərzaq yardımı göstərmək, ərzaqdan müharibə və münaqişə silahı kimi istifadənin qarşısını almaq istiqamətindəki səylərinə görə sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. == Tarixi == DQP-ı 1961-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 1960-cı il Konfransından sonra, ABŞ-nin Sülh Naminə Ərzaq Proqramlarının direktoru Corc Makqoverin çoxtərəfli ərzaq yardımı proqramının yaradılmasını təklif etdiyi zaman yaradılmışdır.